Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu - FOTO

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir neçə gün əvvəl Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda  Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arasında xüsusi ekspress avtobus xətlərinin fəaliyyəti barədə qərar qəbul edilib.

Qərardan sonra martın 23-də Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, M1 və M2 ekspress marşrut avtobusları 06:00-22:00 arası fəaliyyət göstərəcək.

Ekspress xətlər üzrə avtobuslar yalnız metrostansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

Amma Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan 7a nömrəli avtobus buna əməl etmir. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, Ziya Bünyadovdan 20 Yanvar istiqamətində gedən marşrutda sərnişinlərin sıxlığı müşahidə olunub. 

Həmin fotonu təqdim edirik:

 

Oxu.az

Oxşar xəbərlər
OTACI