Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə əhaliyə tibbi maska, spirt və əlcəkdən istifadə tövsiyə olunub

27 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyası ilə əlaqədar Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb. Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq, bu qaydaların vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.

Bundan başqa, Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlər ilə də maarifləndirici söhbət aparıb. Söhbət zamanı vətəndaşlara virusun yaxın məsafəli ünsiyyət zamanı yoluxma riskinin daha yüksək olduğu bildirilib. Əhaliyə mümkün qədər evdən çıxmamaq, zəruri hallarda çıxıldıqda isə tibbi maska, spirt və əlcəkdən istifadə edilməsi tövsiyə olunub.

Oxşar xəbərlər
OTACI