Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"UEFA Belarusa təzyiq edir"

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rux” klubunun baş məşqçisi Andrey Ferapontov Belarus çempionatının davam etdirilməsinin səbəblərindən danışıb.

Press.az xəbər verir ki, hazırda koronavirus səbəbindən UEFA-ya üzv olan 55 ölkənin 54-də yarışlar dayandırılıb.

Sports.kz saytına danışan qazaxıstanlı mütəxəssis bildirib ki, ölkədə çempionatın davam etdirilməsinin əsas səbəblərindən biri idman nazirliyinin və Belarus Futbol Federasiyasının siyasi iradəsidir: "Hazırda Belarus çempionatı qonşu ölkələrin bir çox populyar idman telekanallarında yayımlanır. Bu ona əsas verir ki, oyunlar davam etdirilsin. Çempionatın olması ölkənin diqqət mərkəzinə çevrilməsi, təbliğatı baxımından mühüm rol oynayır. Bu vəziyyət  Belarus futbolunu populyarlaşdırır".

O, çempionatın təxirə salınmasının mümkünlüyündən də danışıb. Bildirib ki, hazırda ölkədə idman nazirliyi və fedrasiyası UEFA tərəfindən böyük təzyiqlə üzləşir:  "Həkimlər də həyəcan təbili çalır. Çempionatın ikinci turu  keçiriləcək. Vəziyyətin necə davam edəcəyini baxıb görəcəyik”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI