Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Martın 30-da peşə ixtisasları üzrə teledərslərə start veriləcək

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərə start veriləcək. Teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.

Təhsil Nazirliyindən Press.az-a bildirilib ki, elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin videodərslər portalında (https://video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib. Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.

Oxşar xəbərlər
OTACI