Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Külli miqdarda zərgərlik məmulatının ölkəyə keçirilməsinin qarşısı alınıb

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının ölkəmizin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Press.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.

Vətəndaşa məxsus əl çantası rentgen aparatıyla yoxlanılarkən monitorda zərgərlik məmulatlarının təsviri görünüb. Təkrar yoxlama zamanı həmin çantada gömrük orqanına təqdim edilməyən, əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan olunmayan ağ rəngli metaldan hazırlanmış 10 ədəd kulonlu boyunbağı, 19 ədəd boyunbağı, 32 ədəd üzük, 42 cüt sırğa, 130 ədəd qolbaq, 6 ədəd sırğa-üzük-qolbaq-boyunbağı dəsti, 20 ədəd sırğa-üzük-boyunbağı və 71 ədəd sırğa-üzük-kulon dəstiaşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 2123,61 qram olan 925 əyarlı gümüşdən hazırlanmış zərgərlik məmulatlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI