Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda icazəsiz dezinfeksiya işi aparan şəxs cəzalandırıldı

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ödənişli dezinfeksiya işi aparmaq istəyən şəxs cəzalandırılıb.

Bu barədə Aqrar Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb və məlum olub ki, Suraxanı Rayon Bələdiyyəsi tərəfindən Agentliyin hazırda məzuniyyətdə olan əməkdaşı özəl obyektdə dezinfeksiya işlərinin aparılmasına dəvət olunub:

“Agentlik koronavirusa qarşı mübarizə ilə bağlı dezinfeksiya işlərinin aparılması sahəsində xidmət göstərmir. Baytarlıq İdarəsinin əməkdaşı hansı məqsədlə dezinfeksiya işinin aparılmasına dəvət olunduğuna və bu prosesdə icazəsiz iştirakına aydınlıq gətirməyib.

Araşdırma zamanı Suraxanı bələdiyyəsi tərəfindən dezinfeksiya işinə cəlb olunan əməkdaş, Aqrar Xidmətlər Agentliyinin xidmət reqlamentini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə cəzalandırılıb”.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Əsasnaməsinə uyğun olaraq Agentliyin Baytarlıq İdarəsi yalnız heyvandarlıq təsərrüfatlarında profilaktik dezinfeksiya işləri aparır.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində obyektlərin dezinfeksiya edilməsi qarşılığında vətəndaşlardan pul tələb edildiyinə dair məlumatlar yayılmışdı.

Oxşar xəbərlər
OTACI