logo
First slide

Gürcüstanda beş uşaq koronavirusa yoluxub

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanda 5 uşağın koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

O deyib ki, uşaqların hamısında xəstəlik yüngül formada keçir: “Koronavirusa uşaqlarda nadir hallarda rast gəlinir. Əgər azyaşlılar bu infeksiyaya yoluxurlarsa, xəstəlik yüngül və yaxud orta ağır formada keçir”.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa 77 yoluxma halı təsdiqlənib. Yoluxanların 10-u sağalıb. Ən yaşlı koronavirus xəstəsinin 82, ən gəncinin isə 2 yaşı var.

Report

Oxşar xəbərlər