Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yolları mühafizə edən avtomobil işıq dirəyini belə aşırdı - VİDEO

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri kameraya düşüb.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, Avtomobil Yollarının Mühafizəsi Xidmətinin avtomobili paytaxt küçələrinin birində idarəetməni itirərək öncə ayırıcı zolağa, daha sonra isə işıq dirəyinə çırpılaraq dirəyi aşırıb. 
Qəza zamanı xoşbəxtlikdən digər hərəkət iştirakçılarına ziyan dəyməyib. 

Qeyd edək ki, sürücü fikrini yoldan yayındırdığı üçün idarəetməni itirib. Sükan arxasında olan sürücülərə hər zaman tövsiyə edirik ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefondan istifadə və fikri yayındıracaq digər hərəkətlər etməsinlər.

Oxşar xəbərlər
OTACI