Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nizami və Binəqədi rayonlarında quldurluq edənlər tutulub

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nizami və Binəqədi rayonlarında quldurluq edənlər tutulub

Press.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də paytaxt sakini E.İmanovu bıçaqla hədələyib, içərisində 520 manat, 720 dollar və bankomat kartları olan pulqabısını quldurluq yolu ilə ələ keçirən Bakı şəhər sakinləri V.Nəsirov, T.Əliyev və Cəlilabad rayon sakini H.Məlikov saxlanılıblar.

Bundan başqa, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də paytaxt sakini N.Nəciyevi döyüb 5000 manat pulunu quldurluq yolu ilə alan Ağdam rayon sakinləri E.Əliyev və E.Mehtiyev saxlanılıblar.

Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini V.Ələkbərovu döyüb 2300 manat pulunu, mobil telefonunu, şəxsiyyət vəsiqəsini və bank kartını quldurluq yolu ilə ələ keçirən Cəlilabad rayon sakini Ş.Ataşov saxlanılıb.

Faktlarla bağlı CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işləri başlanılıb. 

Oxşar xəbərlər
OTACI