Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

51 nömrəli marşrut xəttinin istismarçısına xəbərdarlıq edildi - VİDEO

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“51 nömrəli müntəzəm marşrut xəttinin istismarçısına xəbərdarlıq edilib”.

Press.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev sözügedən marşrut xəttində hərəkət edən avtobuslarda dispenserlərin olmaması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu fotolar bir neçə gün əvvəl çəkilib:

“Sosial şəbəkədə paylaşılan görüntülərə dərhal reaksiya verilib. Belə ki, görüntülər yayıldıqdan sonra 51 nömrəli müntəzəm marşrut xətti üzrə müvəqqəti istismarçı “BUS Trans” şirkətindən məsul şəxs Xəlil Abbasova xəbərdarlıq edilib. Qısa zamanda bu məsələ həllini tapıb. Artıq həmin xətt üzrə hərəkət edən avtobuslarda da əllərin dezinfeksiyası üçün dərman məhlulları kiçik həcmli dispenserlərdə qoyulub”.

Oxşar xəbərlər
OTACI