Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə yeni növ koronavirusan (COVİD-19) daha 15 nəfər ölüb.

Press.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

Onun sözlərinə görə, son 24 saat ərzində 5035 testin cavabı çıxıb, onlardan 561-i müsbət olub.

Nazir qeyd edib ki, ötən sutka ərzində 15 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 59 nəfərə çatıb.

F.Koca bildirib ki, ölkədə koronavirusa yoluxanların sayı 2433 nəfərə bərabərdir.

Oxşar xəbərlər
OTACI