Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaraçuxurda dezinfeksiyaya görə pul tələb edən kimdir?

25 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə guya ki, Suraxanı Rayon İcra strukturları və Bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə məlumat yayılıb.

Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon icra hakimiyyəti strukturları özəl obyektlərdə dezinfeksiya fəliyyəti ilə məşqul deyil:

"Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər və bu yalnız özəl obyektləri əhatə edir. Qeyd edilən fakt tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, insident baş verən ərazidə Əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olmuşlar. 

Bildiririk ki, rayon icra hakimiyyəti strukturları dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası ilə məşquldur və bunun müqabilində heç bir ödəniş tələb edilə bilməz". 

Report

Oxşar xəbərlər
OTACI