Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov və futbolçularından - Prezidentin çağırışına dəstək

24 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları  koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

Press.az xəbər verir ki, Q.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.

Koronavirusla mübarizə çərçivəsində yaradılmış koronavirusinfo.az saytında  yardım edən şəxslərin siyahısında Q.Qurbanov və "Qarabağ"ın oyunçularının da adı qeyd edilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI