Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oqtay Şirəliyev: "Daha sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər"

24 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirdik və ilk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik".

Press.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin "Hədəf" proqramında bildirib.

Nazirin sözlərinə görə, ilk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı: 

"Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə onlar da sağalacaq. 

Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz".

Oxşar xəbərlər
OTACI