Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tokio-2020 də təxirə salındı - Rəsmi

24 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu yay Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınıb.

Press.az “İndependent”ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe məlumat verib.

O, bu gün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Oyunların Təşkilat Komitəsinin rəhbəri Esiro Mori ilə yarışın təxirə salınması məsələsini müzakirə edib. Şinzo Abe telefon vasitəsilə keçirdikəri konfransda ortaq məxrəcə gəldiklərini bildirib: “Mən cənab Baxa yarışın gələn ilə təxirə salınmasını təkllif etdim. O, mənimlə 100 faiz razıdır” – deyə baş nazir qeyd edib.

Olimpiyadanın gələn il hansı tarixlərdə keçiriləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI