logo
First slide

“Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırıldı

24 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırılıb.

Bu barədə Press.Az-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin Mətbuat katibi Mayis Musayev məlumat verib.

Onun sözlərinə görə, paytaxtın müxtəlif hissələrində təşkil olunan “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranıb:

“Martın 20-dən etibarən yarmarkalar bağlanıb. Bu yarmarkaların nə zaman təşkil ediləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur”.

Xatırladaq ki, “Kənddən şəhərə” Bahar yarmarkaları aşağıdakı ünvanlarda keçirilirdi:

Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi;

Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yanı;

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B 

Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi.

Oxşar xəbərlər