logo
First slide

Ərzaq satılan yerlərdə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb

24 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ərzaq məhsullarının satışının həyata keçirildiyi müəssisələrdə (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb.

Press.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə öz əksini tapıb.

Əsas vacib sahələr aşağıdakılardır:

- Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

- Müəssisənin qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və

onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- Məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli

məhlul və ya digər);

- Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli

məhlul və ya digər);

- Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

- Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);

- Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

- Anbarlar (xlor tərkibli məhlul və ya digər);

- Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

- Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

- Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);

- Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).

Oxşar xəbərlər