Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda işləyən rayon qeydiyyatlı şəxslər şəhərə qayıda biləcək - RƏSMİ

23 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rayon qeydiyyatında olan vətəndaşlar Bakıya gələ biləcəklər”.

Press.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu məsələlər Daxili İşlər Nazirliyi tərəfindən yerində həll olunacaq:

“Yüzlərlə müxtəlif kombinasiyalı situasiyalar var. Bunların hamısını bir qayda və ya bir qərarla həll etmək mümkün olmur. Bu tipli situasiyalar yerində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həll ediləcək. İnsanlar arxayın olsunlar ki, bu məsələlər vətəndaşların xeyrinə həll olunacaq”.

“Vətəndaş Bakıda işləyirsə, iş yerinə çatmalıdırsa, bunlar vətəndaşların xeyrinə nizamlanacaq”, - deyə o qeyd edib.

Oxşar xəbərlər
OTACI