Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Premyer Liqada mövsümü bitirmək lazımdır"

23 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Əgər icazə versələr, ən qısa vaxtda mövsümü bitirməliyik. Ən idealı bu olar. Əgər növbəti mövsüm yaxınlaşmışkən, bu mövsümü bitirə bilmiriksə, ən yaxşısı yenidən başlamaqdır”.

Press.az xəbər verir ki, bu sözləri  İngiltərə millisinin sabiq üzvü Co Koul Britaniya mətbuatına açıqlamasında deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi koronavirus epidemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının bərpa edilməsinin tərəfdarı olmadığını bildirib:

“Əminəm ki, məndən daha ağıllı insanlar bu haqda düşünəcək və çıxış yolu tapacaq. Ancaq bu durumda bütün ölkə bir olmalıdır. 100 metrlik qaçışı 70 metrdə dayandırmaq çox mübahisə yaradır. İdmanda bir çox sürprizlə qarşılaşırıq. Premyer Liqanın dayandırılması qərarı bəzi klubların xeyrinə olacaqsa, bəziləri çox üzüləcək. Ancaq hazırda futboldan daha böyük şeylər təhlükədədir. İnsanların həyatından söhbət gedir”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI