logo
First slide

Xüsusi yaş qruplarında olan insanlar üçün tədbirlər planı hazırlanır

23 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Səhiyyə işçilərinin güclü fəaliyyətinə baxmayaraq ölkə daxilində virusa yoluxma faktları var".

Press.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, dünyadakı vəziyyət nəzərə alınaraq xüsusi karantin rejimi tətbiqi qərarı qəbul edildi.

İ.Məmmədov əlavə edib ki, xüsusi yaş qruplarında olan şəxslər üçün tədbirlər planı hazırlanır: "Qısa müddətdə planda əksini tapan məsələlər açıqlanacaq".

Martın 24-dən etibarən Sədərək və Binə ticarət mərkəzləri də fəaliyyətini dayandıracaq.

Oxşar xəbərlər