Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronovirusla mübarizə məqsədilə Yol Polisi maraqlı aksiya keçirdi - FOTO

23 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə maraqlı aksiya təşkil edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə  tibbi spirt, maska və əlcək verilib. Həmçinin, gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.

Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər.

Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

Oxşar xəbərlər
OTACI