Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DOST Agentliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürdü

23 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərdi.

Press.az xəbər verir ki, DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürdü.

Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi proflaktik və preventiv tədbirlər öz uğurlu nəticəsini verəcəkdir.

Oxşar xəbərlər
OTACI