Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda su xətti partladı, yol çökdü

23 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Səbail rayonu ərazisindən keçən su xətti partlayıb.

Hadisə nəticəsində yol çöküb. 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı açıqlamasında bildirib ki, ərazidən keçən su xəttində problem olub:

“Hadisə Səbail rayonunda - Elçin Əzizov küçəsində qeydə alınıb. “Jurnalistlər binası”nın yaxınlığındakı ərazidə su xəttində sızma baş verib. Nəticədə, yolun kiçik hissəsində çökmə müşahidə edilib.

Hazırda “Azərsu”nun ərazi üzrə briqadası hadisə yerinə cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Təxminən bir saat ərzində Elçin Əzizov küçəsinin içməli su ilə təminatı bərpa ediləcək”.

Oxu.az

Oxşar xəbərlər
OTACI