Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vilayət Eyvazovdan yeni TƏYİNAT

23 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

Press.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenant Vahid Cəfərov sərəncama götürülüb.

Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Ana Hüseynov vəzifəsindən azad edilib.

O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.

Oxşar xəbərlər
OTACI