Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanla Gürcüstan arasında yalnız bir sərhəd keçid məntəqəsi işləyəcək

22 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda olan Gürcüstan vətəndaşları ölkəyə yalnız "Qırmızı Körpü" keçid məntəqəsi vasitəsi ilə daxil ola biləcəklər.

Müvafiq qərar Gürcüstanın Baş naziri Qeorqi Qaxariyanın başçılıq etdiyi İdarələrarası Əlaqələndirmə Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, yeni koronavirusun Gürcüstan ərazisinə yayılması ilə əlaqədar martın 14-də bir aylıq - aprelin 21-dək fövqəladə vəziyyət elan edilib.

Fövqəladə hallar müddətində Gürcüstanın hava, quru və dəniz sərhədi sərnişinlər üçün bağlanacaq. Malların daşınması, həmçinin vətənə qayıtmaq niyyətində olan Gürcüstan vətəndaşlarını qəbul etmək hələ də mümkün olacaq:

"Bu mərhələdə malların maneəsiz daşınacağı və Gürcüstan vətəndaşlarının yalnız "Qırmızı Körpü" keçid məntəqəsindən keçə biləcəyi qərara alınıb".

Qeyd edilir ki, ölkədəki epidemioloji vəziyyəti qiymətləndirdikdən və səhiyyə sektorunun nümayəndələri ilə məsləhətləşdikdən sonra müvafiq qərar qəbul edilib.

Martın 22-də səhər saatlarında Gürcüstanda yeni koronavirus yoluxmalarının ümumi sayı 49-dan 54-ə yüksəlib.

Hazırda Gürcüstanda 291 nəfər karantindədir.

Trend

Oxşar xəbərlər
OTACI