İranda yeni koronavirus (COVID19) nəticəsində ötәn sutka әrzindә 129 nəfər ölüb.
Press.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ümumilikdә İranda bu virusdan 1 685 nəfər dünyasını dəyişib.
Cahanpur әlavә edib ki, ötәn sutkada 1 028 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.
Cahanpur deyib ki, ümumilikdə 21 638 nəfər bu virusa yoluxub. Nazirlik rәsmisi 7 913 nәfәrin sağaldığını deyib.