Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanda koronavirus diaqnozu qoyulan pasiyentlərdən biri azərbaycanlıdır

22 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanda bu gün koronavirus diaqnozu qoyulan pasiyentlərdən biri Marneuli sakini olan azərbaycanlı qadındır.

Bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Məlumata əsasən, həmin şəxs dörd gün öncə pnevmoniya diaqnozu ilə Marneulidəki xəstəxanalardan birinə yerləşdirilib.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Marneuli bölməsindən bildirilib ki, koronavirus infeksiyasına yoluxan orta yaşlı qadın Azərbaycandan gələn bacısı ilə kontakda olub.

Hazırda pasiyentin kontakda olduğu bütün şəxslər müəyyən olunur.

Qeyd edək ki, Gürcüstanda koronavirusa 54 yoluxma halı təsdiqlənib. Pasiyentlərin üçü tam sağalıb. Karantində 2 956, stasionar nəzarətdə isə 291 nəfər saxlanılır. 

Report

Oxşar xəbərlər
OTACI