Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ADBTİA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürəcək

22 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Elmi Şuranın onlayn rejimdə iclası keçirilib. 

ADBTİA-dan verilən məlumata görə, toplantıda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, o cümlədən Akademiyada tədrisin onlayn və oflayn rejimlərdə təşkili, tələbə və professor-müəllim heyətinin sağlamlığının qorunması məqsədilə nəzərdə tutulmuş işlər müzakirə olunub.

Elmi Şuranın qərarı ilə ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Akademiyanın hesabından 50 min manat vəsait köçürüləcək.

Qeyd edək ki, 2020-ci il martın əvvəlindən ADBTİA COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra işlər görüb. Akademiyanın bütün ərazisi, o cümlədən dərs otaqları, idman zalları, akt zalı, laboratoriya və s. dezinfeksiya edilib, tələbələr, professor-müəllim və inzibati heyəti arasında maarifləndirmə işləri aparılıb, tələbə və əməkdaşlar üçün qaynar xətt istifadəyə verilib, əməkdaşların distant şəkildə çalışması üçün şərait yaradılıb, tədrisi ingilis dilində aparılan magistratura proqramlarında onlayn dərslər təşkil edilib, Azərbaycan və rus dillərində tədrisi aparılan bakalavr və magistratura ixtisaslarında isə onlayn dərslərin təşkili istiqamətində müvafiq işlər aparılır.

ADBTİA-nın Elmi Şurası Azərbaycan Prezidentinin yeni növ virusla mübarizədə atdığı ardıcıl addımları tam dəstəkləyir və bu mübarizədə hər bir vətəndaşı öz sosial məsuliyyətini dərk etməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırır.

Report

Oxşar xəbərlər
OTACI