Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusdan qorunmaq mövzusunda yeni sosial çarxlar hazırlanıb

21 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

Press.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb.

Bu sosial çarxlar “Yaşlıları koronavirusdan qoruyaq!”, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” və “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?” mövzularına həsr edilib.

Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür:

https://www.taxes.gov.az/az/page/koronavirusdan-nece-qorunmaliyiq

Yükləmələr həm TV və media üçün, həm də mobil qurğular üçün nəzərdə tutulub. 

Oxşar xəbərlər
OTACI