Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: Dünyada koronavirusa qarşı 20-yə yaxın vaksin hazırlanır

21 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda bir neçə ölkə koronavirusa qarşı vaksin hazırlayır.

Press.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) mütəxəssis Mariya Van Kerxouv bildirib.

“Bütün dünyada elmi-tədqiqat mərkəzləri koronavirusa qarşı vaksinlərin hazırlanması üzərində işləri sürətləndirir. Hazırda koronavirusa qarşı ən azı 20 vaksin hazırlanır. Onların ilk kliniki təcrübələri artıq başlayır”, - M.Kerxouv vurğulayıb.

Mətbuat konfransında çıxış edən ÜST-nin Fövqəladə vəziyyətlər üzrə proqramın direktoru Maykl Rayan vaksinin yaradılmasında bütün ehtiyat tədbirlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI