Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait köçürdü

21 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 20 mart tarixli qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait köçürdü.

Qərarda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı başda cənab Prezident olmaqla bütün qurumların, o cümlədən ictimaiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər effektivlik baxımından təqdir olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hökumətin həyata keçirdiyi tədbirlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, o cümlədən həmkarlar təşkilatları üzvləri ölkə başçısının 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı həyacanlandıran infeksiyanın qarşısının alınmasında mühüm hadisə kimi dəyərləndirirlər.

Qərar mətnində ölkə ictimaiyyətinə Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə maksimum səviyyədə əməl olunması ilə bağlı çağırış da ünvanlanıb.

Trend

Oxşar xəbərlər
OTACI