Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabahın hava proqnozu açıqlandı

21 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda sabaha gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Press.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Martın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir, gecə və səhər Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Oxşar xəbərlər
OTACI