logo
First slide

Xızı polisi ailələrə bayram sovqatı payladı - FOTO

21 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə rayon ərazisində yaşayan otuzdan çox aztəminatlı ailəyə bayram sovqatı paylayıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin ailələrin qonağı olan polis əməkdaşları onların bayram sevinclərinə şərik olaraq, ailə üzvlərinə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim ediblər.

Polis tərəfindən bayram günü yad edilən ailələr göstərilən diqqət və qayğıya görə Xızı RPŞ-nin əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.

 

Oxşar xəbərlər