Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Sabah"a keçmək istəmirdim" - Ekşteyn

20 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram".

Press.az xəbər verir ki, bu sözləri  "Səbail"in cənubi afrikalı  futbolçusu Hendrik Ekşteyn ölkəsinin mətbuatına açıqlamasında deyib.

Ötən yay Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan  ayrıldıqdan sonra “Sabah”a keçən 29 yaşlı yarımmüdafiəçi əvvəlcə bu barədə danışıb:  “Açığı, "Sabah"a keçmək istəmirdim. Çünki Bakı haqqında heç bir məlumatım yox idi. Amma sonra bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Həmyerlim Dino Ndlovunun "Qarabağ"ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi".

Xatırladaq ki, Hendrik Ekşteyn ötən ilin yayında "Sabah"la 2 illik müqavilə bağlasa da, qış fasiləsində klubdan ayrılaraq “Səbail”ə keçib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI