Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il 540 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

20 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunan həssas əhali qrupları arasında əlilliyi olan şəxslərə də üstünlük verilir.

Nazirlikdən Press.az-a verilən məlumata görə, 2020-ci ilin ötən dövründə proqrama cəlb edilən 2 600-ə qədər vətəndaşdan 540 nəfəri əlilliyi olan şəxslərdir.

Onlar da digər proqram iştirakçıları kimi, ilk növbədə, təlimlərə cəlb edilir və təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Bununla bərabər, BMT İnkişaf Proqramı ilə birgə layihə əsasında 500 əlilliyi olan şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri də aparılır.

Qeyd edək ki, 2019-cu ildə 2400-ə yaxın əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq mal və materiallar formasında verilmiş aktivlər hesabına kiçik ailə təsərrüflarını qurublar.

Oxşar xəbərlər
OTACI