Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çində 700-dən çox insan koronavirusdan sağalıb

20 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son gün ərzində Çində koronavirusdan üç nəfər dünyasını dəyişib. 

Press.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Məlumata görə, virusa yoluxanların sayı 39 nəfər artıb, daha 730 nəfər sağalıb.

Komitə bildirib ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 80 900 nəfərə çatıb, onlardan 71 000 nəfəri sağalıb, 3 248 nəfər ölüb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib. 

Mütəxəssislər xəstəliktörədicinin koronavirus olduğunu müəyyənləşdirib. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI