Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus gözdən də yoluxa bilər - VİDEO

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyası təkcə əllər deyil, göz vasitəsi ilə də yoluxa bilər. Artıq Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri bunu bütün dünyaya açıqlayıblar. Ancaq önəmli məqam bu virusun gözdən necə yoluxmasıdır.

Press.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, oftalmoloq-cərrah Qəmər Əliyeva bildirir ki, insanları gözlə virusa yoluxdura biləcək ən böyük təhdid başqaları deyil, elə özləridir.

Mütəxəssisin sözlərinə görə, gözlərdən virusa yoluxma halı üzə taxılan maska ilə davranarkən də ola bilər. Buna görə vətəndaşlar bu məsəldə diqqətli olmalıdırlar.

Virusa yoluxmanın qarşısını almaq üçün insanların ən çox diqqət etməli olduqları məqam burun və boğazlarını daim isti saxlamalarıdır.

Bir sıra alimlərin açıqladığı məlumatlara görə, koronavirus infeksiyası 37 dərəcə istilikdə cəmi 15 dəqiqə yaşaya bilir. Daha sonra isə bu hüceyrələr məhv olur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər
OTACI