Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Novruz bayramı günlərində rabitə müəssisələri xüsusi iş rejimində fəaliyyət göstərəcək

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramındakı qeyri-iş günlərində də xüsusi iş rejimində çalışacaq. 

Bu barədə Press.az-a Nazirlikdən məlumat verilib.

"Nazirliyin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda koronavirusun profilaktikası üzrə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. İşçilər mütəmadi olaraq zəruri sayda fərdi qoruma vasitələri (tibbi maskalar, əlcəklər) ilə təmin olunurlar.

Respublika ərazisində fəaliyyət göstərən rəsmi avtovağzal və avtostansiya komplekslərində beynəlxalq və ölkədaxili sərnişindaşımanı həyata keçirən daşıyıcılarla birlikdə avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı, xidmət otaqları, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr gündəlik dezinfeksiya olunur, prosses bayram günlərində də davam etdiriləcək. Həmçinin “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobillərində də hər gün dezinfeksiya işləri aparılır.

Poçt Daşıma, “Şəbəkə” xidmət mərkəzləri, Poçt filial və şöbələrində də dezinfeksiya işləri hər gün davam etdiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib", - məlumatda bildirilir.

Oxşar xəbərlər
OTACI