Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Bakı Metropoliteni” “Nərimanov” elektrik deposunda daha üç texniki sahəni yenidən qurub

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı Metropoliteni” QSC “Nərimanov” elektrik deposunda yenidənqurma işlərinin bir hissəsini tamamlayıb. 

Bu barədə Press.az-a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, "Nərimanov" elektrik deposunda aparılan yenidənqurma tədbirlərinin mühüm tərkib hissəsi qatarlara texniki-baxış sahəsinin müasir standartlar səviyyəsinə çatdırılmasıdır:

“Burada depo istismara verildiyi 1966-cı ildən irihəcmli təmir-bərpa işləri aparılmayıb. Məlumdur ki, qatarların baxışı və təmiri əsasən, vaqonaltı avadanlıqlarla bağlı olur. Bu səbəbdən yenidənqurma tədbirləri, ilk növbədə, əmək şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Təmir nəticəsində qatarların əsas dayanacaq yeri olan qanovlarda texniki baxış və təmir daha səmərəli təşkil olunmaqla, keyfiyyətin artırılmasına da nail olunur.

Yenidənqurma işləri çərçivəsində daha üç qanov bütün müasir texniki-normativ tələblər də nəzərə alınmaqla yenidən qurulub. İşlərin ilkin mərhələsində qanov yolları sökülüb. Müasir tələblərə uyğun, yeni beton özül qurulub, qanovların dərinliyi normativ göstəricilərə uyğunlaşdırılıb. Burada yolun üstquruluş elementləri dəyişdirilib, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib.

Təmir zamanı elektrik xətləri və işıqlanma, həmçinin drenaj sistemi yenilənib. Qanovların döşəmə və divarları suvanaraq rənglənib”.

Qurum rəsmisinin sözlərinə görə, qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizm quraşdırılıb. Hər iki başda quraşdırılmaqla baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub.

“Daha üç qanovun istismara verilməsi ilə deponun qatarlara baxış sahəsini iki fərqli prizmadan əyani qiymətləndirmək də mümkündür. Bir tərəfdə köhnə, digər yanda isə yeniləşmiş qanovlar sahəyə müqayisəli nəzər salmağa və yeniləşmənin vüsətini və keyfiyyətini müəyyənləşdirməyə kömək edir. Bütün bunlara əsasən, yaxın gələcəkdə bu sahənin zahiri görünüşünün də tamamilə dəyişəcəyi qənaətinə gəlmək mümkündür.

Qanovlara giriş sahəsi də büsbütün dəyişir. Təyinatına uyğun olaraq, qanovların ön hissəsinin yol yatağı, depo və park yolları kimi, çınqıllı ballast bünövrə üzərində qurulur. Bura dəmir-beton şpallar düzülür. Yolun üstquruluşu avadanlıqları və təmas relsi də yenilənir.

Deponun texniki-baxış sahəsində növbəti üç qanovun mərhələli yenidənqurma işləri başlanıb”, - o qeyd edib.

Oxşar xəbərlər
OTACI