Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveçrənin Azərbaycandakı səfirliyi iyuna qədər viza verilməsini dayandırdı

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusun yayılması təhlükəsi səbəbi ilə İsveçrənin Azərbaycandakı səfirliyi Şengen, o cümlədən İsveçrə üçün milli vizaların verilməsini 15 iyun 2020-ci ilədək dayandırıb.

Press.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yuxarıda göstərilən tarixdən əvvəl viza üçün sənədlərin qəbulu yalnız müstəsna vəziyyətlərdə həyata keçiriləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 225 min nəfəri keçib. 9 276 nəfər isə virus səbəbi ilə ölüb.

Oxşar xəbərlər
OTACI