Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AMEA-dan koronavirusun mərhələləri ilə bağlı AÇIQLAMA

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yeni koronavirusun əmələ gətirdiyi xəstəliyi dörd mərhələyə bölmək mümkündür. Birinci mərhələ yeddi gündən 10 günə qədər davam edir”.

Press.Az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova deyib.

Onun sözlərinə görə, xəstəlik ilkin dövrdə adi soyuqdəyməni xatırladır:

“COVID-19 aşağı tənəffüs yollarını yoluxduraraq pnevmoniyaya səbəb olur. Məlumatlara görə, yeni koronavirusun əmələ gətirdiyi xəstəliyi dörd mərhələyə bölmək mümkündür. Birinci mərhələ yeddi gündən 10 günə qədər davam edir və “virusemiya” adlanır. İlkin dövrdə bu daha çox adi soyuqdəyməni xatırladır.

Situasiya doqquzuncu gündən başlayaraq 14-cü günə qədər davam edən müddətdə kəskin dəyişir. Çünki bu vaxt epitel hüceyrələrinin zədələnməsi prosesi başlayır.

Tənəffüs yollarında mikroorqanizmlərin və bakteriyaların kolonizasiyası baş verir, bu isə xəstəni ölümə doğru aparan mərhələdir. Xəstəlik həmin mərhələdə nəzarət altına alınmasa, infeksiyaya yoluxmuş insanda kəskin tənəffüs çətinliyi sindromu və ya kardiogen olmayan ağciyər ödemi başlayır. Bu zaman insan süni tənəffüs aparatına qoşulmadan yaşaya bilməz.

Xəstəliyin dördüncü mərhələsi isə immunosupressiya dövrüdür. Bu, insanın anadangəlmə və qazanılmış immunitetinin zədələnməsi deməkdir. Eyni zamanda, xəstəliyə təhlükəli “Pseudomonas aeruginosa” çubuqları və göbələklər kimi aqressiv patogenlər də qoşulur”.

O bildirib ki, gələcək tədqiqatlar koronavirusun dəyişikliklərini, mutasiyalarını aşkara çıxarmağa həsr olunmalıdır:

“Mümkün qədər proqnozlaşdırmağa istiqamətləndirilməlidir və vaksin hazırlanmasına xərclənən çox böyük həcmdə vəsaitin əhəmiyyətli bir hissəsi məhz bu cür araşdırmalara yönəldilməlidir. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığını tələb edir. Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərə bilər”.

Oxşar xəbərlər
OTACI