Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MİDA vətəndaş qəbulunu dayandırdı

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığı əsasında Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) və onun tabeliyində olan “MİDA” MMC-də vətəndaşların qrup və fərdi formada qəbulu təxirə salınır.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan Press.az-a verilən məlumata görə, vətəndaş müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.

Vətəndaşlar agentliyin rəsmi “[email protected]” elektron poçt ünvanına müraciət edə, həmçinin (012) 505 65 37/38 nömrələrinə zəng edə bilərlər.

Oxşar xəbərlər
OTACI