Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peşə ixtisasları üzrə teledərslər martın 29-dan başlayacaq

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Martın 29-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, həmçinin dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilib.

Sənayedə quraşdırma işləri, tikinti, avtomobil diaqnostikası və təmiri, avtomatika ixtisasları üzrə video dərslərin çəkilişi yekunlaşıb. Növbəti günlərdə digər peşə ixtisasları üzrə teledərslərin hazırlığı nəzərdə tutulur. Peşə ixtisasları üzrə “Dərs vaxtı” verilişinin cədvəli qısa zamanda açılanacaq.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə bilərlər.

Oxşar xəbərlər
OTACI