Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA-nın ziyanı müəyyənləşdi

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avro-2020-nin təxirə salınması səbəbindən 300 milyon avro itki ilə üzləşəcək.

Press.az xəbər verir ki, bu barədə  ESPN məlumat yayıb. Bildirilib ki, Avro-2020 ləğv olunması barədə qərar çıxarılsaydı, o zaman bu, qurumun 400 milyon avro itirməsinə gətirib çıxara bilərdi.

Xəbərdə o da qeyd olunub ki, Avropa çempionatından əldə olunan 2.1 milyardlıq gəlir 300 milyon avroluq itkini bağlayacaq və qurum 1.8 milyard avro qazanacaq.

Turnir tamamilə ləğv olunsaydı, itkiləri bağlamaq mümkün olmayacaqdı.

Qeyd edək ki, Avropa çempionatı gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI