Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıdan bölgələrə xüsusi qrafiklə avtobus reysləri olacaq

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Beynəlxalq Avtovağzal Kompleksi şəhərlərarası avtobus reyslərini davam etdirir.

Press.az xəbər verir ki, bu barədə Kompleksin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng etmək, eyni zamanda [email protected] e-poçt ünvanına və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yazmaq olar. Reyslər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmaması məqsədilə bu gündən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq. 

Oxşar xəbərlər
OTACI