Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səbail rayonunda qətl törədilib

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səbail rayonunda qətl törədilib

Press.Az xəbər verir ki, martın 14-ü gecə saat 2 radələrində Bayıl qəsəbəsindən, qəsəbə sakini Viktor Bujdelyevin bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi barədə Səbail RPİ 8-ci polis bölməsinə məlumat daxil olub.

Həkimlərin səyinə baxmayaraq V.Bujdelyev martın 17-də orada vəfat edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən Bakı şəhər sakini F.Əliyev saxlanılıb.

Səbail rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI