Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ATƏT regiondakı monitorinqləri dayandırdı

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşik regionda monitorinqlərin dayandırılması ilə bağlı bəyanat yayıb.

Press.az xəbər verir ki, A.Kasprşik COVİD-19 infeksiyasının yayılmasından sonra yaranmış vəziyyətin beynəlxalq sərhədlərin bağlanmasına səbəb olduğunu bildirib.

Səfir qeyd edib ki, infeksiya riskini azaltmaq üçün beynəlxalq və yerli səfərlərə məhdudiyyətlər qoyulub. Bəyanata əsasən sadalanan faktorlar nəzərə alınaraq monitorinqlər dayandırılıb.

Xüsusi nümayəndə bununla yanaşı, hərbi hakimiyyətlə əlaqə saxlamağı davam etdirəcəyini bildirib. 

Oxşar xəbərlər
OTACI