logo
First slide

Parlamentdə vətəndaş qəbulları müvəqqəti dayandırıldı

18 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisdə vətəndaş qəbullarının keçirilməsi müvəqqəti dayandırılıb.

Press.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamda qeyd edilib.

Sərəncamla Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılıb ki, parlamentdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın.

Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.

Oxşar xəbərlər