Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyyəsinə başlanılır - RƏSMİ

18 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətəndaşlarımızın Macarıstandan təxliyyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün saat 20:00-da Budapeşt beynəlxalq hava limanından yola düşməsi planlaşdırılır.

Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.

“Bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixindən 31 mart tarixinədək “WizzAir” şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyyəsi təmin ediləcək.

Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt beynəlxalq hava limanında olmaları zəruridir”, - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər
OTACI