logo
First slide

Prezident: "Ölkəmizdə koronavirusun yayılması geniş vüsət almayıb"

18 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir".

Press.az-ın xəbərinə görə, bunu martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görüb:

"Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın".

Oxşar xəbərlər